9 iyun 2024 at 11:20
Jurnalist kodu: 5564
Xəbər kodu: 85502994
T T
0 Persons
Sərhədsiz Həkimlər: Qəzzada Əl-Əqsa xəstəxanasında vəziyyət acınacaqlıdır

Tehran - İRNA - Sərhədsiz Həkimlər təşkilatı sionist rejimin Qəzzənin mərkəzində yerləşən Nusəyrat düşərgəsindəki cinayətinə reaksiya bildirərək, rejimin Qəzza zolağında məskunlaşma məntəqələrinə qanlı hücumunun çoxlu sayda yaralının xəstəxanalara çatdırılmasına səbəb olduğunu elan edib.

Sərhədsiz Həkimlər təşkilatı sionist rejimin Nusəyrat düşərgəsinə qanlı hücumu səbəbindən Qəzza xəstəxanalarının, xüsusilə Əl-Əqsa və Nasir xəstəxanalarının acınacaqlı vəziyyətindən xəbər verib.

Bu beynəlxalq təşkilatın dərc etdiyi bəyanatda deyilir: Bizim yardım qruplarımız Əl-Əqsa və Nasir xəstəxanalarının tibb işçiləri ilə çiyin-çiyinə sionist rejimin bombardmanı zamanı yaralanan əksəriyyəti qadın və uşaqlar olan çoxlu sayda yaralı selini müalicə edir.

Sərhədsiz Həkimlər Təşkilatının Qəzza zolağındakı koordinatoru Samuel Johan deyib: Əl-Əqsa xəstəxanasında vəziyyət kabus kimidir. Sionist rejimin Qəzzada əhalinin sıx məskunlaşdığı əraziləri bombalaması səbəbindən dinc əhali ağır itkilər verib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .